MƏHSULLARIMIZ

Əsasən təbii qara çay istehsalı üzrə ixtisaslaşmış olan “Astara Çay” MMC  çayla yanaşı  təbii düyü istehsalı, feyxoa, apelsin və mandarin becərilməsi ilə də məşğul olur.

Şirkətimizə aid Çay Fabriki Astara rayonunun Çayoba kəndində yerləşir. 2015-ci ildən fəaliyyətə başlamış Çay Fabrikində  AzTea” vəAstaraçay” çay markaları istehsal olunur. Fabrikimizdə emal olunaraq qablaşdırılan çaylar üçün  xammalın hamısı Azərbaycanın suptropik bölgəsi olan Astara və Lənkəranda yerləşən çay plantasiyalarımızdan əldə edilir. Şirkətin ən müasir avadanlıqlarla təchiz edilmiş çay emalı və qablaşdırılması fabriki hazırda gündə 10 ton yaşıl çay yarpağı emal etmək gücünə malikdir.

Çay və düyü məhsullarının becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqılardan istifadə edilmir və ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilir. Dördüncü ildir ki, Almaniyanın LACON şirkəti ekoloji müşahidələr apararaq plantasiyalarımıza müvafiq sertifikatlar verir.