Astaraçay

“Astaraçay” markasına aid olan qara çay məhsulları may ayının son 22-23 günü ərzində seçilərək yığılmış keyfiyyətli çay yarpaqlarından hazırlanır. Bu yarpaqlar Azərbaycanın suptropik zonası olan Astara və Lənkəran ərazisində yerləşən plantasiyalarımızdan yığılaraq çay fabrikimizdə dünya standartlarına uyğun formada emal edilir və ən müasir texnoloji avadanlıqların köməyi ilə qablaşdırılır.

“Astaraçay” markalı çaylarımız 100 % təbii olmaqla yanaşı tamamilə yerli xammal əsasında hazırlanaraq satışa çıxarılır.

MƏXMƏRİ
Qara çay
(75q, 150q, 300q)

MƏXMƏRİ çayı may ayının son 22-23 günü ərzində çay kollarının üç üst yarpaqlarından yığılaraq hazırlanır. İri yarpaqlı çayı sevənlər üçün MƏXMƏRİnin yumşaq dadı və ətri əvəz olunmaz bir zövq ola bilər.

EKSTRA
Qara çay
(100q, 250q, 500q)

EKSTRA çayı may ayının son 22-23 günü ərzində çay kollarının yuxarı yarpaqlarından yığılaraq hazırlanır. Ən xırda yarpaqlı çayımız olan EKSTRA digər təbii çaylara nisbətən daha tez dəm alması və özünəməxsus ətri ilə seçilir.

PÜRRƏNGİ
Qara çay
(100q, 250q, 500q)

PÜRRƏNGİ çayı may ayının son 22-23 günü ərzində çay kollarının orta və yuxarı yarpaqlarından yığılaraq hazırlanır.

MAY ÇAYI
Qara çay
(100q, 250q, 500q)

MAY ÇAYI may ayının son 22-23 günü ərzində çay kollarının orta yarpaqlarından yığılaraq hazırlanır.