AZƏRBAYCAN ÇAYININ Dünya Çaylarından FƏRQİ

Çox nadir halda rəng, ətir və dad eyni vaxtda bir çayda mövcud olur ki, hər üç göstərici də bu çaylarda yüksək səviyyədə mövcuddur.


Çay plantasiyalarının dağ ətəyində yerləşməsi ilə yanaşı eyni zamanda Xəzər dənizinə çox yaxın olması çayçılıq üçün çox münbit və ideal bir şərait yaratmışdır.


“Astara Çay” məhsulları olan çayların tərkibində 28-30% tanin və 5-6% kofeinə dünyanın digər ölkələrindəki çaylarda çox nadir halda təsadüf edilir. Bu cəhətdən yalnız ən keyfiyyətli Hindistan çayları ilə müqaisə edilə bilər.


Şirkətin çay plantasiyaları yerləşən ərzilərdə insan orqanizminə zərərli olan ağır metalların dünyadakı çayçılıq bölgələri ilə müqaisədə minimum səviyyədə olması isə bir başqa keyfiyyət göstəricisidir.