AzTea

“AzTea” markasına aid olan qara çay məhsulları may ayının ilk 8 günü ərzində yığılmış ən seçkin tumurcuq və yenicə açılmış yarpaqlardan hazırlanır. Bu tumurcuq və yenicə açılmış yarpaqlar Azərbaycanın suptropik zonası olan Astara və Lənkəran ərazisində yerləşən plantasiyalarımızdan yığılaraq çay fabrikimizdə dünya standartlarına uyğun formada emal edilir və ən müasir texnoloji avadanlıqların köməyi ilə qablaşdırılır.

“AzTea” markalı çaylarımız 100 % təbii olmaqla yanaşı tamamilə yerli xammal əsasında hazırlanaraq satışa çıxarılır.

AzTea İNCƏ (Delicate)
Qara çay
(100q, 250q, 500q)

İNCƏ çayı may ayının ilk 3 günü səhər saat 6:30-8:00 arasında çay kollarının üst hissəsindən seçilərək yığılan incə tumurcuqlardan hazırlanır. Bu tumurcuqlar yalnız Azərbaycanın subtropik zonası olan Astara rayonunun dağətəyi zonasındakı plantasiyalarımızdan yığılır. İNCƏ çayının tərkibində çay keyfiyyətinin göstəricisi olan taninin həcmi digər dünya çayları ilə müqaisədə ən yüksək səviyyədədir. Bu baxımdan İncə çayı yalnız ən yüksək keyfiyyətli hind çayları ilə müqaisə edilə bilər. İNCƏ özünüzə və yaxınlarınıza hədiyyə edə biləcəyiniz ən ideal seçim ola bilər.

AzTea GOLD
Qara çay
(100q, 250q)

GOLD çayı may ayının ilk 5 günü səhər saat 8:00 – 11:00 arasında çay kollarının zoğ hissəsinin seçilərək yığılan tam açılmamış iki üst yarpaqlarından hazırlanır. GOLD çayının tərkibində çay keyfiyyətinin göstəricisi olan taninin həcmi yüksək səviyyədədir. Tam fərqli çay ləzzəti yaşamaq istəyənlər üçün ideal seçimdir.

AzTea PREMIUM
Qara çay
(100q, 250q)

PREMIUM çayı may ayının 3-dən 8-nə kimi çay kollarının yenicə pöhrələnmiş üç üst yarpaqlarından yığılaraq hazırlanır. Qonaqlarınızı fərqli çay ləzzəti ilə təəcübləndirmək istəsəniz PREMİUM çayı sizin üçün əla seçim ola bilər.

AzTea BUKET (Bouquet)
Qara çay
(100q, 250q)

BUKET çayı may ayının 3-dən 8-nə kimi çay kollarının yenicə açılmış üç üst yarpaqlarından yığılaraq hazırlanır. AzTea çaylarının içində ən iri yarpaqlı çay BUKEtdir. İri yarpaqlı çay sevərlər üçün yumşaq dadı və ətri ilə seçilən BUKET əvəz olunmaz seçim ola bilər.