ÇAY FABRİKİ

Azərbaycanın cənub bölgəsi olan Astara rayonunun Çayoba kəndində yerləşən Çay Fabriki 2015-ci ildən fəaliyyətə başlayıb. Ümumiz ərazisi 5 hektar olan çay fabriki Cənubi Koreya şirkətinin layihəsi əsasında inşa edilib. Fabrikin çay emalı avadanlıqları Yaponiyanın Kawasaki Kiko şirkətindən və Koreyadan, çayın paketlənməsi xətti isə Almaniyadan alınıb.  Hazırda fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir. Qeyd etmək lazımdır ki fabrikin gündəlik istehsal gücün iki dəfə artırmaq mümkündür.